Xabi Alonso "Bayer"i "Real"a dəyişəcək

"Bayer"in baş məşqçisi Xabi Alonso gələcəyi ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisinə tarixində ilk dəfə Almaniya çempionluğunu qazandıran ispan mütəxəssis klubdan ayrılacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Alonso 2026-cı ilin yayına kimi müqaviləsi olmasına baxmayaraq, mövsümün sonunda "Bayer"i tərk edəcək.

Xabi Alonsonun yeni klubu da məlumdur. 42 yaşlı məşqçi yeni mövsümdə "Real"ı çalışdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right