"Mançester Yunayted"in futbolçusu Antoni komandadan ayrılmağı planlaşdırır.
Newsport.az "The Sun"a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Flamenqo"ya keçə bilər.
Bu mövsüm "Mançester Yunayted"də əsas heyətə düşə bilməyən Antoni özü də Braziliyaya qayıtmaq istəyir.
2000-ci il təvəllüdlü futbolçu "Sao Paolo", "Ayaks" komandalarından sonra 2022-ci ildə "Mançester Yunayted"ə keçib. Onun "qırmızı şeytanlar"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.