"Tottenhem"in futbolçusu Rodriqo Bentakuru bir neçə oyunluq cəza gözləyir.
Newsport.az xəbər verir ki, buna səbəb uruqvaylı yarımmüdafiəçinin cənubi koreyalı komanda yoldaşı Son Hın Min haqqında irqçi ifadələr işlətməsidir.
Bentankur bu ilin iyun ayında Uruqvayda televiziya kanallarının birində qonaq olarkən aparıcı ondan "Tottenhem" formasını istəyib. Futbolçu isə deyib: "Mən sizə Sonun əmisioğlunun köynəyini də verə bilərəm. Onsuz da onlar hamısı bir-birinə oxşayır".
Onun bu çıxışının videosu dərhal yayılıb və müzakirələrə səbəb olub. Bentankur isə buna görə İnstaqram səhifəsində paylaşım edərək komanda yoldaşından üzr istəyib: “Qardaş, baş verənlərə görə səndən üzr istəyirəm. Bu, sadəcə, çox pis zarafat idi. Bilirsən ki, mən səni komanda yoldaşı kimi çox sevirəm və heç vaxt sənə hörmətsizlik etmərəm. Səni və ya başqalarını incitmərəm!"