Rud van Nistelroy “Mançester Yunayted”dən ayrılıb

İngiltərə təmsilçisi “Mançester Yunayted”in məşqçisi Rud van Nistelroy komandadan ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Erik ten Haqın istefasından sonra “qırmızı şeytanlar”a müvəqqəti baş məşqçi təyin edilmişdi.

48 yaşlı mütəxəssis Ruben Amorimin komandaya yeni rəhbər təyin edilməsindən sonra postu ilə vidalaşıb.

Nistelroy cari mövsümün əvvəli “Mançester Yunayted”ə qoşulmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right