Rüşvət qalmaqalı Almaniyaya da gəlib çıxdı: ittifaq rəhbəri istefa verdi

FİFA-nın adı ilə bağlı olan rüşvət qalmaqalının miqyası böyüməkdədir.

Newsport.az-ın məlumatına görə, ali futbol qurumunun hər 4 ildən bir keçirdiyi dünyanın ən mötəbər futbol turniri olan Dünya Çempionatına ev sahibliyi hüququna yiyilənməklə bağlı araşdırmalar Almaniyaya da gedib çıxıb. 
 
DÇ-2006-nın təşkili hüququna sahib çıxan Almaniya Futbol İttifaqının sabiq və hazırkı prezidentlərinin evində, eləcə də AFİ-nin inzibari binasında aparılan araşdırmaların nəticəsi açıqlanmamış qurum rəhbəri Volfqanq Nirsbax istefa verib.
 
Bu barədə qərar AFİ-nun növbədənkənar iclasında qəbul edilib. 
 
Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, Nirsbax UEFA və FİFA-da Almaniyanı təmsil etməyə davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right