İngiltərənin "Çelsi" klubunun hücumçusu Kristofer Nkunku Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"ə transfer oluna bilər.
Newsport.az-ın "L'Équipe" nəşrinə istinadən məlumatına görə, fransız futbolçu yetərincə şans qazanmadığı üçün London klubundakı vəziyyətindən məmnun deyil.
Bu səbəbdən "Mançester Yunayted" onu transfer etmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, K.Nkunku bu mövsüm ümumilikdə 17 oyun keçirib, 10 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"ın məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 65 milyon avrodur.