"Mançester Siti"nin istədiyi futbolçu "Milan"da qalacaq

“Milan” “Mançester Siti”nin maraqlandığı futbolçu ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, “rossonyerlər” Tijani Reyndersi buraxmaq niyyətində deyil.

İtaliya klubu futbolçuya 2030-cu ilə qədər maaşını illik 1,8 milyon avrodan mövsümə görə 3,5 milyon avroya qədər artırmaqla yeni müqavilə təklif edib.

"Mançester Siti" və "Real”ın(Madrid) transfer siyahısında yer alan Reyndersi Milanda qalacaq. 26 yaşlı niderlandlı futbolçunun “Milan”la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. O, buna qədər “Zvolle”, “AZ Alkmaar”, “Valveyk” klublarında oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right