“Ayaks”ın keçmiş futbolçusu Rayan Babel futbolçu karyerasını başa vurib.
Newsport.az-ın məlumatına görə, bunu Babel özü açıqlayıb.
37 yaşlı sabiq futbolçu Türkiyənin “Beşiktaş”, “Qalatasaray” komandalarında, “Ayaks”, “Liverpul”, “Hoffenhaym” kimi klublarda çıxış edib.
Babel Niderland millisinin heyətində 2010-cu ildə dünya çempionatının və 2019-cu ildə UEFA Millətlər Liqasının gümüş mükafatçısı olub.