Fatinin La Liqadan “elçi”si var

“Barselona”nın hücumçusu Ansu Fati ilə İspaniya klublarından biri maraqlanır.

Newsport.az-ın məlumatına görə, “Real Sosyedad” ispaniyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Fati “Barselona”nın əsas oyunçusu deyil və buna görə də, komandanı dəyişə bilər. Onun klubu ilə arasındakı hazırkı müqavilə 2027-ci ilin ortalarına qədərdir.

22 yaşlı forvard İspaniya çempionatının cari mövsümündə 3 oyun keçirib, qol vurmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right