Gürcü futbolçu Saba Xarebaşvili İspaniya çempionatına keçə bilər.
Newsport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Real” gürcü futbolçunun keçidində maraqlıdır.
16 yaşlı müdafiəçi Tbilisi “Dinamo”sunun yetirməsi və oyunçusudur. O, əsas komandanın heyətində Gürcüstan çempionatında 7 oyunda, gənclərdən ibarət milli ilə isə 6 matçda iştirak edib.
“Real” ötən mövsümün İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibidir. “Kral klubu” La Liqanın cari mövsümündə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.