“Real”ın baş məşqçisi Karlo Ançelotti müasir nəslin problemindən danışıb.
Newsport.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, bu problemlə bağlı komandadakı xatirəsindən söz açıb:
“Yeni nəslin bir xəstəliyi var, telefonlara aludəçilik. Bir gün zarafatla dedim: “Mən sizin mobil telefonlarınızı paltardəyişmə otağında görməkdən bezmişəm, bundan sonra qadağandır”. Oyunçular soruşdular: “Zarafat edirsiz?” “Xeyr, mən tamamilə ciddiyəm” deyə, cavab verdim və sonra getdim. Məşqdən sonra kapitan kabinetimə gəldi: “Sən bunu edə bilməzsən, bu ola bilməz!” – dedi. Təsəvvür edin”.
Ançelotti 2021-ci ildən Madrid komandasını çalışdırır. İtaliyalı mütəxəssisin rəhbərliyi altında “Real” iki dəfə – 2022 və 2024-cü illərdə Çempionlar Liqasının qalibi olub.