"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola milli komandada çalışa bilər.
Newsport.az xəbər verir ki, ispan mütəxəssisin Braziliya yığmasına rəhbərlik etmək ehtimalı var. Bu barədə "The Atletic' nəşri məlumat yayıb.
Braziliya Futbol Federasiyasının rəsmiləri Qvardiola ilə bir neçə dəfə əlaqə saxlayıb. 53 yaşlı məşqçi beşqat dünya çempionlarında işləməyə isti yanaşır.
Qeyd edək ki, Pep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatır.