Almaniyanın "Bayer" klubunda yeni müqavilə qeydə alınıb.
Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Amin Adlinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli vingerlə 2028-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Bayer" Amin Adlini 2021-ci ilin yayında "Tuluza"dan transfer edib. Mərakeş millisinin üzvü olan 24 yaşlı ön xətt oyunçusu bu mövsüm Bundesliqa klubunun heyətində 12 rəsmi matçda meydana çıxıb.