"Bizi iki dəfə məğlub edən Azərbaycanla yenidən eyni qrupa düşdük"

Monteneqronun qadın futbolu üzrə milli komandasının baş məşqçisi Mirko Mariç Millətlər Liqasının yeni mövsümünün püşkatma mərasimində futbolçularının Azərbaycan və Litva yığmaları ilə yanaşı C4 qrupunda yer alması haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan monteneqrolu millimiz ahqda bunları deyib:

“Əvvəlki Millətlər Liqasında hər iki dəfə bizi məğlub edən (0:1, 0:3) Azərbaycanla yenidən eyni qrupa düşdük. Onlar həqiqətən yaxşı komandadır. Hazırda Litva bizim üçün naməlum rəqibdir. Amma şübhəsiz ki, bu, hər komandanın qalib gələ biləcəyi bərabər qrupdur. Dörd komandadan ibarət qrupda olsaydıq, daha yaxşı olardı. Ancaq məqsədimiz həmişə eynidir:hər matçda əlimizdən gələnin ən yaxşısını etmək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right