Premyer Liqada oktyabrın ən yaxşıları müəyyənləşdi

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı məşqçisi bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşı baş məşqçisi “Nottingem Forest”in çalışdırıcısı Nuno Espirito Santo seçilib.

Nottingemşır təmsilçisi oktyabrda 3 oyuna çıxaraq 2 qələbə qazanıb və 1 heç-heçə edib.

Oktyabr ayının ən yaxşı oyunçusu da məlumdur. Ötən ayın ən yaxşısı da “Nottingem Forest”in futbolçusu Kris Vud seçilib. 32 yaşlı hücumçu ötən ay İngiltərə çempionatında 3 oyunda 4 qol vurub.

Kris Vud ötən ildən “Nottinqem Forest”də oynayır.

“Nottingem Forest” turnir cədvəlində 19 xalla 3-cü yerdə gedir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right