PSJ-nin hücumçusu Randal Kolo-Muani yaxın vaxtlarda komandasını dəyişə bilər.
Newsport.az “RMC Sport”-a istinadən xəbər verir ki, parislilər fransalı forvardın yanvardakı transfer pəncərəsində satılacağı variantını istisna etmirlər. Yaxşı təklif gəlsə, PSJ Kolo-Muanini satmağı düşünəcək.
25 yaşlı hücumçuya Almaniya və İngiltərə çempionatlarının klubları maraq göstərir.
Fransalı hücumçu Liqa 1-in cari mövsümündə 7 oyun keçirib və 2 qol vurub. Onun parislilərlə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.