"Milan"ın futbolçusu Alvaro Morata xəstəxanaya çatdırılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə AS nəşri məlumat yayıb. 32 yaşlı hücumçu məşq vaxtı Strahinya Pavloviçlə toqquşub. O, başından xəsarət alıb. Moratanın noyabrın 9-da keçiriləcək "Kalyari" ilə görüşü buraxacağı güman edilir.
Qeyd edək ki, Alvaro Morata bu mövsüm "Milan"ın heyətində 12 oyuna çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib.