"Mançester Siti"yə 3 qol vurdu, ən yaxşı seçildi

UEFA Çempionlar Liqası Liqa fazasının 4-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Sportinq"in hücumçusu Viktor Qyökereş həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İsveçli forvard azarkeşlər arasında keçirilən sorğuda Luis Dias ("Liverpul"), Karim Konate ("Zalzburq") və Nikolas-Herrit Kyunu ("Seltik") qabaqlayıb.

Qeyd edək ki, Viktor Qyökereş "Sportinq"in "Mançester Siti"ni 4:1 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right