Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Artıq onun yeni ünvanı da bəllidir. 46 yaşlı mütəxəssis "Alanyaspor"u çalışdıracaq. "Milliyət"in məlumatına görə, bir neçə gün əvvəl Fatih Tekke ilə yolları ayıran Alanya təmsilçisi Sami Uğurlu ilə razılığa gəlib.
Qeyd edək ki, Sami Uğurlunun çalışdırdığı “Kasımpaşa” Superliqanın son turunda “Beşiktaş”ı səfərdə 3:1 hesabı ilə məğlub etmişdi. Hazırda "kasımpaşa" 14 xalla 9-cu, "Alanyaspor" isə 10 xalla 15-ci pillədə qərarlaşıb.