Xəbər verdiyimiz kimi, “Sportinq” UEFA Çempionlar Liqasının 4-cü turunda “Mançester Siti”ni məğlub edib – 4:1. Portuqaliya klubunun hücumçusu Viktor Qyökereş bu görüşdə üç qol vurub.
Newsport.az xəbər verir ki, isveçli forvard Çempionlar Liqasında “Mançester Siti” ilə matçda het-trik edən üçüncü futbolçu olub.
Buna qədər Lionel Messi 2016-c ildə “Barselona”da, Kristof Nkunku isə 2021-ci ildə “Leypsiq”də çıxış edərkən “şəhərlilər”ə 3 qol vurub.
Qeyd edək ki, İsveç millisinin üzvü olan Viktor Qyökereş bu mövsüm uğurlu oyunu ilə diqqətləri cəlb edir. "Barselona"nın transfer siyahısında olan forvard bu mövsüm "Sportinq"də bütün turnirlərdə 17 iyuna 23 qol vurub və 4 qol ötürməsi edib.