"Qarabağ"ın Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçına təyinat alan Luiş Qodinyu daha əvvəl Azərbaycan təmsilçilərinin oyununu idarə etməyib.
Newsport.az-ın məlumatına görə, 38 yaşlı FIFA referisi ilk dəfə komandalarımızın görüşündə iş başında olacaq.
Portuqaliyalı 2016-cı ildən beynəlxalq təyinat alır. O, ölkəsi ilə yanaşı, Yunanıstan, Fransa, Kipr və Səudiyyə Ərəbistanı çempionatlarına da dəvət alır.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.