Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb. İtalyan forvard Super Liqanın 11-ci turunun "Kasımpaşa" ilə oyununda (1:3) ayaq əzələsindən zədə alıb.
34 yaşlı futbolçunun müalicəsinə başlanılıb. Onun məşqlərdən nə qədər uzaq qalacağı bilinmir.
Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni mövsümün əvvəlində "Latsio"dan transfer edib. İtaliya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 12 qol vurub.