"Nürnberq" "Hamburq" səfərində: Mahir start heyətdə

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hamburq"un qonağıdır.

Komandaların saat 16:30-da start götürəcək oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir matça start heyətində başlayacaq.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb. Azərbaycanlı forvard Almaniya təmsilçisinin heyətində 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right