Məşhur futbolçu baş məşqçi ilə mübahisə etdiyi üçün klubdan qovuldu

Braziliyanın "Fluminense" klubu Marselo ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, 36 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Marselo dünən ölkə çempionatının "Qremio" ilə matçında (2:2) baş məşqçi Menezes ilə mübahisə edib.

Təcrübəli futbolçu oyuna daxil olarkən baş məşqçinin ona verdiyi taktiki tapşırıqlara etiraz edib. Buna görə də Menezes dəyişikliyi ləğv edib və Marselonu meydana buraxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right