İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Liverpul" doğma meydanda "Brayton"u qəbul edib. Qarşılaşma Arne Slotun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 25-ə yüksəldən "Liverpul" çempionatın lideridir. 16 xalı olan "Brayton" isə 7-ci yerdədir.