"Haaland, Keyn, Mbappe və Levandovski məndən üstün deyillər"

"Qızıl Top" mükafatının səsverməsində 7-ci yeri tutan "İnter"in hücumçusu Lautaro Martines açıqlama verib.

Newsport.az xəbər verir ki, Argentina millisinin üzvü daha yüksək yerlərdə olmalı olduğunu bildirib:

"Erlinq Haaland, Harri Keyn, Kilian Mbappe və Robert Levandovskini qısqanmıram. Mən də onlarla eyni səviyyədəyəm. Məndən üstün deyillər. "Qızıl Top" səsverməsində 7-ci yerdən daha yuxarı pillədə olmağa layiq idim".

Qeyd edək ki, bu il "Qızıl Top" mükafatını "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right