Orelyen Tçuameni “Real”ı tərk edə bilər.
Newsport.az “Todofichajes”ə istinadən xəbər verir ki, klub rəhbərliyi sərfəli təklif gələrsə, fransalı yarımmüdafiəçini satmaq variantını nəzərdən keçirir.
24 yaşlı futbolçunun “Real”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Tçuameni bu mövsüm La Liqada 10 oyun keçirib və qol vurmayıb. Transfermarkt portalında onun qiyməti 100 milyon avrodur.