Almaniya millisinin sabiq üzvü "Qalatasaray"dan ayrılır

"Qalatasaray"ın futbolçusu Kerem Demirbay gələcəyi ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi komandadan ayrılmaq istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

Almaniya millisinin sabiq üzvü əsas heyətə düşə bilmədiyi üçün bu qərara gəlib. Onun yenidən Almaniyaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" Kerem Demirbayı ötən ilin yayında "Bayer"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right