“Dünən baş verənlər haqqında çox danışa bilərik” – Mahir Emreli

“Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi “instaqram” səhifəsində paylaşım edib.

Newsport.az-ın məlumatına görə, “Hoffenhaym”a ötən gün uduzduqları (1:2) Almaniya kubokunun 1/16 final matçında fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkür edib:

“Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Uğur qazanmaq üçün çox çalışacağıq. Komandamla fəxr edirəm”.

Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb. O, 2-ci Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right