İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin “Qızıl top” mükafatını qazanması bir neçə seriyanın qırılmasına səbəb olub. Newsport.az xəbər verir ki, Rodri ispaniyalıların 64 illik həsrətini bitirib.
1960-cı ildən sonra ilk dəfə mükafatı ispan oyunçu qazanıb.
Bundan əlavə, son 9 ildə ilk dəfə mükafatı 30 yaşadək olan oyunçu qazanıb. 28 yaşlı Rodridən əvvəlki 8 qalibin hamısı yaşı 30-u keçmiş futbolçular olub.