İlin ən yaxşı məşqçisi açıqlanıb.Newsport.az xəbər verir ki, Yohan Kroyf mükafatının qalibi Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti olub.
İtaliyalı çalışdırıcı Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib. Bu ada Xabi Alonso (“Bayer”), Luis de la Fuente (İspaniya millisi), Lionel Skaloni (Argentina millisi), Can Pyero Qasperini (“Atalanta”) və Xosep Qvardiola (“Mançester Siti”) da namizəd idi.
Qeyd edək ki, Ançelottinin çalışdırdığı “Real” 2023/24 mövsümündə həm La Liqanın, həm də Çempionlar Liqasının qalibi adını qazanıb.