“Qızıl top” kimə qismət oldu?

“France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi açıqlanıb. Newsport.az xəbər verir ki, mükafata ən real namizəd kimi Madrid “Real”ının braziliyalı futbolçusu Vinisius Junior göstərilsə də, proqnozlar özünü doğrultmayıb.

Parisdəki “Şatle” teatrında keçirilən mükafatın təqdimetmə mərasimində “Qızıl top”u İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanıb. Vinisius Juniorun ikinci olduğu siyahıda “Real”ın digər futbolçusu Cud Bellinqem üçüncü yeri tutub.

Rodri “Qızıl top”u qazanan üçüncü ispan futbolçu kimi tarixə düşüb. Onadək bu uğuru “Real”ın sabiq hücumçusu Alfredo di Stefano və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Luis Suares əldə etmişdi.

Qeyd edək ki, Rodri ötən mövsüm “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və klublararası dünya çempionatının, İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right