Mats Hummels qışda yeni kluba keçmək istəyir. Alman müdafiəçi Avropada klub tapa bilməyəcəyi halda MLS-ə üz tutacaq.
Newsport.az xəbər verir ki, 35 yaşlı oyunçu “Roma”dakı durumundan razı deyil. Yayda Dortmund “Borussiya”sını azad agent kimi tərk edərək İtaliyaya yollanan təcrübəli futbolçu seçiminə görə məyus olub. A Seriyasında debüt etməyən Mats bunu özünə hörmətsizlik sayır.
Hummels artıq klub rəhbərliyinə qışda buraxılması üçün müraciət edib. O, müqaviləsinin qarşılıqlı razılıqla pozulmasını istəyir.