Dadaşov: "Bundesliqaya qədər yolumuz var"

"Dinamo"nun azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 13-cü turunun “Eylenburq” üzərində qazandıqları qələbəni (2:1) şərh edib. 

Newsport.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, millimizin sabiq forvardı komandasının qalibiyyəti haqda bunları deyib:

"İki qol vurmağı bacardıq. Ancaq iki oyun şansımız oldu. Onlardan vaxtında istifadə etməliyik ki, son saniyələrə kimi matçları nəticədən narahat olmayacaq. Komandamızın məqsədləri yüksəkdir. Bundesliqaya qədər yolumuz var".

Hazırda "Dinamo" 19 xalla 6-cı yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right