Millimizin üzvü La Liqada 90 dəqiqə oynadı, komandası qələbə qazandı

Milli komandamızın futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar” İspaniya La Liqasında növbəti matçına çıxıb. 
 

Newsport.az-ın məlumatına görə, Eddinin komandası  La Liqanın XI turu çərçivəsində doğma meydanında  "Hetafe”ni qəbul edib.  Qarşılaşma Eddinin komandasının 3-1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yarımmüdafiəçisi start heyətində meydana daxil olub və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, "Eybar” bu qələbədən sonra xallarının sayını 19-a çatdırıb və VI pillədə qərarlaşıb.
 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right