"Fənərbaxça"nın futbolçusu "Qalatasaray"dan təklif aldı

"Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatan Brayt Osayi-Samuel komandadan ayrılan bilər.

Newsport.az xəbər verir ki, nigeriyalı sağ cinah müdafiəçisi klubla yeni sözləşmə barədə razılıq əldə edə bilməyib. Tərəflər maaş məsələsində anlaşa bilmir.

Osayi-Samuelin "Fənərbaxça"nın əzəli rəqibi "Qalatasaray"a keçmək ehtimalı var. Bu barədə futbolçunun meneceri Steven Bek klubu məlumatlandırıb. O, "sarı-lacivərtlilər"in rəhbərliyinə "Qalatasaray"dan illik 2,5 milyon avroluq maaş təklifi aldıqlarını və müdafiəçinin bundan aşağı maaşla yeni sözləşmə imzalamayacağını bildirib.

Qeyd edək ki, "Fənərbaxça" Brayt Osayi-Samueli 2021-i ilin yanvar ayında QPR-dən transfer edib. 26 yaşlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Osayi-Samuel'in menajeri Steven Beck, Fenerbahçe yönetimiyle son görüşmesinde indirim yapmayacağını iletti. “Galatasaray'dan teklif aldık. Bize 2.5 milyon Euro önerdiler. Bu nedenle isteğimizde indirim yapamayız.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right