Hüseynov oynadı, komandası qalib gəldi

Bolqarıstan çempionatında 13-cü turun bir sıra oyunları baş tutub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” öz meydanında “Septemvri”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov 66-cı dəqiqədə meydana buraxılıb. Hazırda “Arda” 21 xalla 6-cı pillədə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right