"Bayer"in aparıcı futbolçusu üçün il başa çatdı

“Bayer”(Leverkuzen) aparıcı oyunçusunu itirib.

Newsport.az “Bild”ə istinadən xəbər verir ki, Amin Adli yarımmüdafiəçi zədə səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək.

O, Çempionlar Liqasının “Brest”lə oyununda (1:1) sıradan çıxıb.

Futbolçunun fibula sümüyü qırılıb və yaxın vaxtlarda əməliyyat olunacaq. Futbolçu ən azı 2025-ci ilin yanvarına qədər meydana çıxmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right