Millimizin rəqibinin çalışdırıcısı: “Məqsədimiz qrupda ən üst sırada qərarlaşmaqdı”

"Azərbaycanla oyun üçün bütün biletlər satılıb. Bu, həm məni, həm də futbolçuları sevindirir. Dolu tribunalar önündə oynamaqdan yaxşı heç nə ola bilməz”.

Newsport.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin baş məşqçisi Horst Hrubeş deyib.

 
AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Azərbaycan, 4 gün sonra Avstriya ilə görüşəcək almaniyalıların çalışdırıcısı bu qarşılaşmalar haqda fikirlərini açıqlayıb. O, ev oyunlarında azarkeşlərə sevinc bəxş etmək istədiklərini deyib:
 
"Azərbaycanla matçdan fərqli, Avstriya ilə görüş üçün biletlər hələ satışdadı. Doğma azarkeşlərimiz önündə oynadığımızdan onlara sevinc bəxş etmək istəyirik. Ümid edirik ki, sevincimizi dolu tribunalar önündə yaşayarıq. Məqsədimiz qrupda ən üst sırada qərarlaşmaqdı. Amma bunun üçün ilk növbədə hər iki qarşılaşmaya yaxşı hazırlaşmalıyıq”. 
 
Qeyd edək ki, Almaniya – Azərbaycan matçı noyabrın 13-də Regensburq şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right