"Leyptsiq"də yeni müqavilə

"Leyptsiq" rəhbərliyi komandanın futbolçusu Kastello Lyukeba ilə yeni müqavilə bağlayıb. Newsport.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı fransalı müdafiəçinin sözləşməsinin müddəti 2029-ci ilin iyununa qədər uzadılıb. Buna səbəb onunla bir çox klubun yaxından maraqlanması olub.

Qeyd edək ki, Lyukeba cari mövsümdə mövsüm "Leyptsiq"in heyətində 9 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right