"Messi ən yaxşı olsa da, Neymarın oyun tərzini çox sevirdim"

"Barselona"nın futbolçusu Lamin Yamal idealı olan futbolçunu açıqlayıb.

Newsport.az-ın məlumatına görə, La Liqanın mətbuat xidmətinə danışan 17 yaşlı vinger Neymarın oyun tərzini çox bəyəndiyini bildirib:

"Uşaqlıqda idealım Neymar idi. Lionel Messi ən yaxşı olsa da, Neymarın oyun tərzini çox sevirdim".

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü olan gənc oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right