"Qalatasaray" Çexiya millisinin üzvü ilə maraqlanır

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, istanbul təmsilçisi "Vest Hem"də çıxış edən Vladimir Kufalı transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Qalatasaray" London klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan çexiyalı sağ cinah müdafiəçisini qışda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Vest Hem" Vladimir Kufalı 2020ci ilin oktyabr ayında "Slaviya"dan transfer edib. 32 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right