"Yuventus" portuqaliyalı üçün 33 milyon avro ödəyəcək

"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi portuqaliyalı vingerin transfer hüququna yiələnəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası nəhəngi 21 yaşlı ön xətt oyunçusu üçün Portuqaliya klubuna 33 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Yuventus" Fransisko Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right