Virts uğrunda yarışa daha bir klub qoşulub

Avropa klubları gələn yay Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts üçün mübarizə aparacaq.

Newsport.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “əczaçılar”ın 21 yaşlı futbolçusuna əsas namizədlər “Bayern”, “Real”, “Mançester Siti”, “Barselona” və İngiltərə Premyer Liqasının digər top-klublarıdır.

PSJ də Virts uğrunda yarışa qoşulub. Parislilər hücumameyilli yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.

Almaniyalı futbolçu cari mövsümdə 11 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 130 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right