Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında qol hesabını açıb.
Newsport.az xəbər verir ki, oyun 2-ci Bundesliqanın 9-cu turuna təsadüf edib.
Səfərdə “Qroyter Fyurt”un qonağı olan “Nürnberq”in heyətində ilk qolu 13-cü dəqiqədə Emreli vurub.
Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.