Türkiyəli mütəxəssis Hikmet Karaman Moldovada çalışacaq.
Newsport.az xəbər verir ki, 64 yaşlı məşqçi "Zimbru" ilə anlaşıb. Klubun rəsmi saytı Karamanla razılıq əldə etdikləri açıqlayıb.
"Zimbru" hazırda Moldova Superliqasında 9 turdan sonra 13 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, son iş yeri "Adana Demirspor" olan Karaman karyerası ərzində yalnız Türkiyədə çalışıb. O, ölkəsində "Ankaragücü", "Kayserispor", Manisaspor", "Ərzurumspor", "Antalyaspor", "Malatyaspor", "Qaziantepspor", "Bursaspor" və "Kocaelispor" klublarının baş məşqçisi olub.