"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun transfer siyasətindən danışıb.
Newsport.az sport.es-ə istinadən xəbər verir ki, o, 17 yaşlı futbolçuları Lamin Yamal üçün dəfələrlə təklif aldıqlarını, lakin hücumçunu satmaq niyyətində olmadıqlarını qeyd edib:
“Biz necə futbolçu satacağımızı bilirik. Əgər kimsə futbolçularımızı almaq istəyirsə, yaxşı təklif verməlidir. Amma biz istəyirik ki, “Barselona”da oynayanlar kluba və bir-birlərinə hörmət etsinlər. Bizə Lamin Yamal üçün 250 milyon avro təklifi etdilər. Mən isə dedim: "Xeyr".
Bundan əvvəl mətbuatda PSJ-nin Yamal üçün Kataloniya təmsilçisinə 250 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı.