Aktürkoğlu və Kökçünün komandası sərt ittihamla üz-üzə

Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" tarixinin ən böyük ittihamı ilə üzləşib.

Newsport.az xəbər verir ki, sözügedən klub 3 ilədək idman yarışlarından uzaqlaşdırıla bilər. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. 

"Benfika" korrupsiya və vergidən yayınmaqla günahlandırılır. Portuqaliyanın Ədliyyə Nazirliyi bu qayda pozuntularının təsdiqlənəcəyi halda "Benfika"nın 6 aydan 3 ilədək yarışlardan uzaqlaşdırılmasını tələb edib.

Xəbərdə klubun 5-8 xalının silinə və cərimə oluna biləcəyi də qeyd olunub.

Hazırda "Benfika" Portuqaliya çempinatında 16 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right