"Mançester Siti" Qvardiolaya əvəzləyici tapdı

"Mançester Siti" Pep Qvardioladan sonrakı dövr üçün baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az xəbər verir ki, ispan mütəxəssisin klubla müqaviləsi mövsümün sonunda başa çatır. "Şəhərlilər" hələ ki Qvardiola ilə yeni sözləşmə imzalamayıb.

"Mançester Siti" rəhbərliyi hazırda "Sportinq"i çalışdıran Ruben Amorimi növbəti baş məşqçi kimi düşünür. Qvardiola yayda klubdan ayrılsa, Premyer Liqa təmsilçisi portuqaliyalı məşqçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Ruben Amorim2020-ci ilin mart ayından "Sportinq"i çalışdırır. Komanda 39 yaşlı məşqçinin rəhbərliyi altında 2 dəfə Portuqaliya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right