Ramosa Argentinadan təklif

İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos Argentinaya köçə bilər. Newsport.az xəbər verir ki, təcrübəli futbolçu “Boka Xuniors”dan təklif alıb.

Ramosun “Real”dakı keçmiş komanda yoldaşı Fernando Qaqo bugünlərdə “Boka Xuniors”a yeni baş məşqçisi təyin edilib. O, rəhbərliklə söhbətində Serxionu ixtiyarında görmək istədiyini bildirib. Bundan sonra tərəflər arasında danışıqlara start verilib.

Qeyd edək ki, Ramos yayda "Sevilya"dan ayrıldıqdan bəri klubsuzdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right